Cisco Systems – şəbəkə texnologiyaları sahəsində dünyada liderdir. Şirkətin fəaliyyəti beş əsas texnoloji istiqamətlərə əsaslanır: magistral marşrutizasiya, kommutasiya və xidmətlər; müştərək iş üçün həllər; məlumat emalı mərkəzlərinin virtualizasiyası və bulud hesablamaları; video texnologiyalar; biznesin transformasiyaları üçün arxitekturalar. AzEduNet şirkəti hal-hazırda Cisco Systems şirkəti ilə Cisco Premier Partner statusuna malikdir.

ZyXEL Communications – İntenetə çıxış həllərində ixtisaslaşan bir şirkətdir. Şirkətin bu gün ən prioritet istiqamətləri – xDSL, Metro Ethernet, LTE və PON genişzolaqlı rabitə kanalları üçün avadanlıqlar, şəbəkə təhlükəsizliyi sistemləri və professional simsiz şəbəkələr. AzEduNet şirkəti hal-hazırda ZyXEL Communications şirkəti ilə ZyXEL Authorized Partner statusuna malikdir.

Websense Inc – veb, verilənlər və elektron poçt sistemlərinin təhlükəsizliyi sahəsində kompleks həllər sahəsində dünyada lider olan bir şirkətdir. Websense şirkətinin təhlükəsizlik həlləri şirkətlərə İnternetdə zərərli kodun qarşısının alınmasını, konfidensial məlumatın itirilməsinin qarşısının alınmasını və müəyyən edilmiş təhlükəsizlik siyasətinə uyğun İnternetin səmərəli istifadəsini təmin edir.

RIPE NCC – İnternet resursların paylanmasını təmin edən dünyadakı beş regional internet-registratorundan (Regional Internet Registries, RIRs) biri. RIPE NCC lokal internet-registratorların (Local Internet Registry, LIR) assosiasiyası kimi fəaliyyət göstərir. LIR rolunda adətən iri internet provayderlər və ya korporasiyalar fəaliyyət göstərir.