Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu il tarixlərində keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı, “AzEduNet”,  “Enginet”, “Microsoft” və “Bakcell” şirkətlərinin iştirakı ilə paytaxt məktəblərində maarifləndirici seminarlar təşkil olunub.

Seminarlarda iştirak edən şagirdlərə ölkənin ən iri daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) barədə məlumat verilib. Bildirilib ki, sözügedən şəbəkə hazırda ölkə üzrə 2800-dən artıq ümumtəhsil müəssisəsini əhatə edir və təhsil müəssisələrini internet və intranet xidmətləri ilə təmin edir. Eyni zamanda vurğulanıb ki, ATŞ-nin başlıca

Martın 5-də Təhsil Nazirliyi, “Bakcell” və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib. Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıb.

Protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri təhsil sisteminin bütün pillələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin formalaşdırılmasıdır. Bu baxımdan, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən son illər müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilməkdədir.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov 1News.Az saytına müsahibəsində bu barədə ətraflı məlumat verib.   

Ölkədə təhsil sahəsində ən böyük daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi tədris prosesində innovativ yanaşma və mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradır. Belə ki, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması kimi mühüm istiqamətlər üzrə işlər həyata keçirilir.

Ölkənin ən iri korporativ intranet şəbəkəsi – Azərbaycan Təhsil Şəbəkəsinin təminatçısı olan “AzEduNet” şirkəti ISO 20000 beynəlxalq standartına uyğunluğunu təsdiqləyən xarici auditi növbəti dəfə müvəffəqiyyətlə başa vurub. Audit ISO 20000 standartının yaradıcısı olan və keyfiyyət menecmenti sahəsində peşəkar sertifikasiya xidmətləri təqdim edən İngiltərənin nüfuzlu “British Standard Institution” (BSI) təşkilatı tərəfindən aparılıb.